Ali-Səud Yəməndə cinayətlər törətməkdə davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206527-ali_səud_yəməndə_cinayətlər_törətməkdə_davam_edir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın bombardmançı təyyarələri ötən gecə bir neçə dəfə Yəmənin müxtəlif bölgələrini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2016 11:25 Asia/Baku
  • Ali-Səud Yəməndə cinayətlər törətməkdə davam edir
    Ali-Səud Yəməndə cinayətlər törətməkdə davam edir

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın bombardmançı təyyarələri ötən gecə bir neçə dəfə Yəmənin müxtəlif bölgələrini bombalayıblar.

Səhər Beynəlxalq Teleiziyasının əl-Məsirə xəbər telekanalına istinadla verdiyi məlumata görə, təcavüzkar qırıcı təyyarələr Yəmənin şimalında Səna və Sədə vilaytləri və Zimar şəhərinin müxtəlif məkanlarını 12 dəfə bombalayıblar. Nəticədə bir neçə sivil həlak olub və yaralanıb.

Ərəbistanın təcavüzkar qırıcı təyyarələri Marib vilayətinin Sərvah şəhərində əl-Əşqəri məntəqəsini bir neçə dəfə hücuma məruz qoyublar.

Bu arada Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi iddia edib ki, hərbi əməliyyat Yəmən paytaxtı Səna ələ keçirilənə qədər davam edəcək.

Ərəbistanın başçılıq etdiyi koalisiyanın 2015-ci il 26 martdan Yəmənə hücumlarında indiyə qədər minlərlə yəmənli, o cümlədən qadın və uşaqlar həlak olub və yaralanıb, on minlərlə nəfər didərgin düşüb və bu ölkənin infrastrukturunun 80%-i dağılıb.