Ərəbistan qırıcılarının Yəmənə olan hücumlarında 15 nəfər həlak olub
-
Ərəbistan qırıcılarının Yəmənə olan hücumlarında 15 nəfər həlak olub
Yəmənin şimalında yaşayış massivlərinin Ərəbistan qırıcıları tərəfindən bombardman edilməsi zamanı 15 nəfərin həlak olduğu bildirilir.
Yəmənin dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcları çərşənbə axşamı günü Yəmənin İmran vilayətində yerləşən bir sement zavodunu bombalayıblar. Bu hadisə zamanı zavodun işçilərindən 15 nəfəri həyatını itirib, daha 18 nəfər isə yaralanıb.
Həmçinin, Ərəbistan qırıclarının Yəmənin paytaxtı Səna şəhərinin Bəran məntəqəsində didərginləri daşıyan bir avtomobili hədəfə alması nəticəsində bir ailənin üzvü olan 13 nəfər həlak olub. Bu hadisədə beş qadın və 3 uşaq da həyatını itirib.
Yəmən ordusu isə Ərəbistanın cinayətlərinə cavab olaraq, Yəmənin qərbində, əl-Məxa şəhərinin sahil sularına yaxın ərazidə Ərəbistan ordusunun 4 hərb qayığını məhv edib.
Yəmən ordusu ötən aylar ərzində Ərəbistana və Yəmənə hücum edən digər təcavüzkar ölkələrə məxsus hərbi qayıqlar və gəmiləri dəfələrlə hədəfə alıb.
Ərəbistan 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda minlərlə nəfər həlak olub, on minlərlə insan didərgin düşüb. Yəmənin sivil infrastrukturlarının 80%-i tamamilə dağılıb.