Beynəlxalq sanksiyalar, İsrail rejimi üçün strateji təhdid
Sionist rejim mənbələri İsrailə qarşı beynəlxalq sanksiyaları strateji təhdid adlandırıblar.
Sionist Haertz qəzetinin yazdığına görə, sionist dairələr İsrailə qarşı beynəlxalq sanksiyaların artmasından və bu prosesin iqtisadi, siyasi, ictimai və akademik sahələrə genişlənməsindən xəbər verərək, 2016-cı idlə İsrailə qarşı sanksiyaların daha da artacağını proqnoz edib.
Bu məlumata görə, İsrail rejiminin strateji işlər nazirliyi 33.5 milyon dollar, Xarici İşlər Nazirliyi isə 10 milyon dollar büdcə ayıraraq, beynəlxalq sanksiyalara qarşı mübarizə aparmağa çalışırlar.
İsraillli tədqiqatçı Adam Meliştayn sionist Mariv qəzeti üçün yazdığı məqalədə Təl-Əvivin beynəlxalq sanksiyaların qarşısını almaq üçün dərhal tədbirlər görməli olduğunu bildirib və deyib: Anti-İsrail boykot hərəkatı fəalları İsraili məhv etmək və Yaxın Şərqin xəritəsindən silmək istəyirlər.