Daha 17 Bəhreyn vətəndaşı həbs edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206980-daha_17_bəhreyn_vətəndaşı_həbs_edildi
Ali-Xəlifə rejimi daha bir neçə siyasi fəalı həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2016 09:35 Asia/Baku
  • Daha 17 Bəhreyn vətəndaşı həbs edildi
    Daha 17 Bəhreyn vətəndaşı həbs edildi

Ali-Xəlifə rejimi daha bir neçə siyasi fəalı həbs edib.

Bəhreynin əl-Lolo telekanalı bazar günü bildirib ki, Bəhreynin İnsan Haqları Təşkilatının üzvü Əhməd Səfar təhlükəsizlik qüvvələrinin son hərəkətdə 17 nəfəri ölkənin müxtəlif məntəqələrində həbs etməsindən xəbər verib. Bu şəxslər siysi fəaliyyətlərdə ittiham edilirlər.

Saxlanılan şəxslər arasında gənclər və həttay, 12 yaşlı uşaq da var.

Bəhreyndə 14 fevral inqilabının ildönümü gününün yaxınlaşması ilə təhlükəsizlik tədbirləri və inqilabçılara qarşı repressiyalar gücləndirilib.

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq ölkədə siyasi islahatların aparılmasını istəyir. Ali-Xəlifə rejimi isə xalqın tələblərini repressiya edir.