Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan və anti-Yəmən koalisiyasına daxil olan təcavüzkar ölkələrin qırıcı təyyarələri Yəmənin Zəbab şəhərini bombardman ediblər, 6 nəfər həyatını itirib.
Səba informasiya agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcıları bu gün səhər Yəmənin Təiz vilayətində yerləşən Zəbab şəhərinin Cəbil Əsvəd və Cahili məntəqələrini bir neçə dəfə bombardman ediblər. Bu bombardman n əticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, onlarla nəfər də yaralanıb.
Çoxlu sayda ev və sivil infrastruktur dağıdılıb. Ərəbistan qırıcıları həmçinin, Məarib vilayətində Sərvah məntəqəsini bombarmdan ediblər.
Digər tərəfdən Ərəbistanın hücumlarına cavab olaraq, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın bir neçə silah və hərbi sursat anbarını bu ölkənin cənubunda, Cizan vilayətində məhv ediblər.
Həmçinin, Yəmən ordusu paytaxt Sənanın ətrafında yerləşən Mədfun və Mələh məntəqələrini təcavüzkarların muzdlu ünsürlərindən təmizləyiblər.