Yəmənli qüvvələr Ərəbistanın cənubunda yerləşən Rəbuə şəhərinə nəzarəti ələ keçirdilər
Fev 10, 2016 07:22 Asia/Baku
-
Yəmənli qüvvələr Ərəbistanın cənubunda yerləşən Rəbuə şəhərinə nəzarəti ələ keçirdilər
Yəmən ordusunun sözçüsü Ərəbistanın cənubunda yerləşən Rəbuə şəhərinə nəzarətin ələ keçirildiyini bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Şərəf Loğman deyib: Ərəbistanın cənubunda, Cizan əyalətində yerləşən Rəbuə şəhəri və onun ətrafında yerləşən bir neçə kəndə nəzarət yəmənli quvvələr tərəfindən ələ keçirilib.
Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın sərhəd postlarına hücum etmələrinin ardınca, Ərəbistan hərbçiləri qaçmağa məcbur olublar. Ərəbistan hərbçilərinin geri çəkilməsi ilə yəmənli qüvvələr Ərəbistanın yaşayış məntəqələrinə qədər irəliləyiblər.
Rəbuə şəhəri Ərəbistanın cənubunda yerləşir və 15 min əhalisi var.
Teqlər