Ərəbistanın Yəmənə hücumları davam edir
Fev 10, 2016 11:25 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları sivil əhali arasında ağır itkilərə səbəb olub.
Ərəbistan qırıcıları dünən gecə və bu gün səhər Yəmənin paytaxtı Sənanın müxtəlif məntəqələrini o cümlədən, bir məktəbi bombardman ediblər. Nəticədə onlarla nəfər həlak olub.
Ərəbistan qırıcılarının dünən Yəmənin Sədə vilayətində yerləşən Hidan şəhərini bombardman etməsi zamanı da 3 nəfər həlak olmuşdu.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin Məarib vilayətində Cəbəl Hilan və Məxdurə məntəqələrini də bombardman ediblər.
Teqlər