Bəhreyndə təhlükəsizlik tədbirləri şiddətlənib
-
Bəhreyndə təhlükəsizlik tədbirləri şiddətlənib
Bəhreyn xalqının inqilabının indönümü ərəfəsində bu ölkədə təlükəsizlik tədbirləri gücləndirilib.
IRIB-nin məlumatına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvəlıəri 14 fevral-Bəhreyn inqilabının beşinci ildönümü günü ərəfəsində repressiyalar və həbsləri artırıblar.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvəlıəri Ali, Nuydərat, Məamir, Diraz, Əkr və Malikə məntəqələrində gözyaşardıcı qazla xalqın dinc aksiyasına hücum ediblər.
Çərşənbə günü Bəhreynin əksər məntəqələri xalqın Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı aksiyası səhnələri olub.
Aksiyaçılar Ali-Xəlifə rejiminin repressiyaları və siyasi fəalları həbs etməsini tənqid edib və Bəhreyndə söz azadlığını istəyiblər.
Bəhreyn 2011-ci il fevralın 14-dən bəri siyasi islahatlar tələb edən xalqın dinc etirazları səhnəsidir, amma Ali-Xəlifə rejimi səudiyyə hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurlarının köməyilə daim xalq etirazlarına divan tutubdur.