Ərəbistanın Yəmənə təcavüzü davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i207490-Ərəbistanın_yəmənə_təcavüzü_davam_edir
Ali-Səud rejiminin qırıcıları bir daha Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2016 10:59 Asia/Baku
  • Ərəbistanın Yəmənə təcavüzü davam edir
    Ərəbistanın Yəmənə təcavüzü davam edir

Ali-Səud rejiminin qırıcıları bir daha Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.

IRNA-nın məlumatına görə, Ərəbistan qırıcıları cümə axşamı günü səhər Yəmənin bəzi vilayətlərini, o sıradan Sənanı bombalayaraq, səkkiz yəmənlini qanlarına qəltan ediblər.

Ərəbistan qırıcılarının hücumlarına cavabda Yəmənin xalq qüvvələri Ərəbistan sərhədlərinə hücum edərək, Ali-Səud muzdurlarından bir qrupunu öldürüblər.

Əl-Yəum Əl-Sabə xəbər portalının çərşənbə günü Ərəbistan Milli Qvardiya Nazirliyinin sözçüsü Muhəmməd Əl-Əmriyə istinadlı məlumatına görə, milli qvardiyanın zabitlərindən üç nəfər Ərəbistanın cənubundakı Əsir və Əl-Rəbuə məntəqələrində öldürülüb.

Yəmən haqda digər bir xəbərə əsasən, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi Birləşmiş Ərəb Əmirliklərinə xoşxidmətlilik etmək üçün Suqutra adasını bu ölkəyə veribdir.

Yəmənin Suqutra adası Asiya və Afrika qitələri arasında və Ədən Körfəzinin ağzında yerləşir. Bu ada altı ay bundan öncə Ərəbistan tərəfindən işğal olunub.

Deyilənlərə görə, Əbd Rəbbə Mənsur Hadi Suqutra adasını doxsan doqquz il müddətinə Birləşmiş Ərəb Əmirliklərinə icarə veribdir.