Bəhreyn vətəndaşları Ali-Xəlifə tərəfindən hədələniblər
Bəhreynin Daxili İşlər Nazirliyi bu ölkə vətəndaşlarına 14 fevral inqilabının beşinci ildönümü aksiyasını keçirmək barədə xəbərdarlıq edib.
Daxil olan məlumata görə, Bəhreynin ümumi təhlükəsizlik təşkilatının rəisi Tariq Əl-Hüsəyn deyib: Ümumi təhlükəsizliyin pozulması ilə nəticələnəcək hər bir dəvət öz növbəsində bir cinayət sayılacaq.
Bəhreynin ümumi təhlükəsizlik təşkilatının rəisi vurğulayıb ki, qanunla müxalif olan hər bir çağırış təhlükəsizlik qüvvələri tərəfindən təqib olunacaq və ölkədə sabitliyin gücləndirilməsi üçün bütün çəkindirici təhlükəsizlik addımları atılacaq.
Digər tərəfdən, Bəhreyndə partiya və qruplar bu ölkə xalqını Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı etiraz fəaliyyətlərinə çağırıb və xalqdan istəyibdir ki, 2011-ci il 14 fevral inqilabının beşinci ildönümü münasibətilə aksiya keçirsin.
Bəhreyn 2011-ci il fevralın 14-dən bəri siyasi islahatlar tələb edən xalqın dinc etirazları səhnəsidir, amma Ali-Xəlifə rejimi səudiyyə hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurlarının köməyilə daim xalq etirazlarına divan tutubdur.