Səudiyyəlilərin Yəmənə qarşı media təbliğatı
-
Səudiyyəlilərin Yəmənə qarşı media təbliğatı
Yəmən Ənsarullah təşkilatının Sənadakı media məsulu deyib ki, təcavükarların Yəmən şəhərlərinə daxil olmaları haqda yalan xəbərləri yaymaqda məqsədləri, xalqın əhval-ruhiyyəsini zəiflətməkdir.
Ənsarullah təşkilatının media məsulu Xalid Əlxəzan Təsnim xəbər agentliyi ilə müsahibədə səudiyyə qüvvələrinin Sənaya doğru irəliləmələri barədə yayılmış bəzi xəbərləri rədd edib və vurğulayıb ki, Ənsarullah qüvvələri və Yəmən ordusu işğalçılar qarşısında dayanıblar.
O, vurğulayıb ki, işğalçı qüvvələr hazırda Marəb vilayətinin çöllərində yerləşiblər və səudiyyə medialarında onların qüvvələrinin Yəmənin bir şəhəri və ya paytaxtına yaxınlaşmaları haqda xəbər eşidəndə onlara deməliyik ki, əgər qüdrətiniz çatırsa, şəhərlərə daxil olun.
Əlxəzan deyib: Biz Sənada qüdrətlə dayanmışıq və döyüşçülərimiz də bütün cəbhələrdə qüdrətlə dayanıblar və səudiyyəlilərin, xüsusən bu ölkənin xarici işlər naziri Adil Əlcubəyrin sözləri yalnız təbliğat hay-küyüdür.
Ənsarullah-ın bu media məsulu vurğulayıb ki, bizim əsl savaşımız indiyədək başlanmayıb; qarşıda böyük qəfil hücumlar durur; işğalçılar və onların iddia etdikləri koalisiya son dərəcə şoka düşəcəklər.
Ənsarullah-ın rəsmi nümayəndəsi Muhəmməd Əbdüssəlam da Ərəbistanın tabeliyində olan qüvvələrin Sənanın yaxınlığına irəliləmələri və ya hava limanı yaxınlığında döyüşün baş verməsini əsassız və qeyri-düzgün adlandırıb.
Belə bir halda, bildirilib ki, Yəmənin ordusu və xalq komitələri səudiyyə qüvvələrinin işğal olunmuş Əsir məntəqəsindəki Əlrəbuə şəhəri yaxınlığında yerləşən toplaşma mərkəzinə raket ataraq, onlarla səudiyyə hərbçisini öldürüb və ya yaralayıblar.