Ərəbistanın Yəmənə hücumu; onlarla ölü və yaralı
-
Ərəbistanın Yəmənə hücumu; onlarla ölü və yaralı
Səudiyyə qırıcılarının Yəmənin tarixi Kukəban şəhərinə qarşı hücumu on beş nəfərin həyatına son qoyub.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, səudiyyə qırıcıları bazar günü səhər tezdən Yəmənin qərbindəki Əlməhviyyət vilayətində yerləşən tarixi Kukəban şəhərinə hücum edərək, on beşdən çox yəmənlini öldürüb, onlarla nəfəri də yaralayıblar.
Ərəbistan qırıcıları həmçinin Yəmənin paytaxtı Sənanın Şəub məntəqəsindəki bir nçeə sənaye emalatxanasına hücum edərək, onları tam şəkildə dağıdıblar. Xəbərlər bu hücumda bir qrup insanın yaralanması və ya həlak olmasından söz açır.
Yəmənin mərkəzindəki Marəb vilayətində yerləşən Sərvah şəhərind də Ərəbistanın təcavüzü nəticəsində bir məscid, onlarla ev və əkin sahəsi məhv edilib.
Deyilənlərə görə, bu hücumlarda iyirmidən çox mülki həlak olub.