Sionist hərbçilər daha bir fələstinlini şəhid ediblər
Daha br fələstinli sionist hərbçlər tərəfindən şəhid edilib
Fələstinin Əlyəum telekanalının məlumatına görə, üçüncü fələstinli gənc bazar günü Beyt-Ləhmdəki Məzumərya stansiyası yaxınılğında müqavimət əməliyyatı keçirmək ittihamı ilə sionist hərbçilər tərəfindən atəşə tutularaq, şəhid edilib.
Sionist hərbçilər bundan öncə də qərb sahilində yerləşən Cenin şəhərinin qərbindəki Ələrqə kəndində Nəhad Raid Muhəmməd Vakid və Fuad Mərvan Xalid Vakid adlı iki fələstinli gənci atəşə tutaraq, şəhid ediblər.
Fələstin ərazilərindəki müxtəlif məntəqələr 2015-ci il oktyabrın əvvəllərindən bəri fələstinlilərin sionist rejimin təcavüzkar siyasəti, Məsciduləqsanın zaman və məkan cəhətdən bölünməsi planı və Beytulmuqəddəsin mahiyyətinin təhrif olunması fitnəsinə qarşı etirazlarının şahididir.
Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, sionist hərbçilər 2015-ci ilin oktyabrında Qüds intifazəsinin başlanmasından bəri azı 178 fələstinlini şəhid edib, çoxlu sayda fələstinlini də yaralayıb və ya həbs ediblər.