Fev 15, 2016 17:47 Asia/Baku
  • Bəhreynli ruhani həbs edildi
    Bəhreynli ruhani həbs edildi

Bəhreyn İslam Alimləri Şurasının sədri polis idarəsinə çağırıldıqdan sonra, bu ölkənin baş prokurorluğuna göndərilib.

Livanın əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Bəhreyn İnsan Haqlarına Nəzarət Təşkilatında dini etiqad azadlıqlarına nəzarət şöbəsinin rəisi Meysəm Salman bildirib ki, Bəhreynin təhlükəsizlik rəsmiləri bu gün səhər Bəhreynin İslam Alimləri Şurasının sədri Məcid Məşəli polis idarəsinə çağırtdırıb, daha sonra baş prokurorluğa göndəriblər. Hələ ki, Məşəlin nədə ittiham edildiyi bilinmir.

Məcid Məşəl son zamanlar təhlükəsizlik rəsmilərinin ondan Qəful məntəqəsində yerləşən İmam Sadiq(ə) məscidində etdiyi xütbə ilə bağlı izahat tələb etdiklərini bildirmişdi.

Bəhreynin İslam Alimləri Şurasının sədri həmçinin deyib: Bəhreynin təhlükəsizlik orqanları bu istintaq zamanı ona qarşı 3 ittiham irəli sürüblər. Xalqı milli-islami əl-Vifaq hərəkatının həbsdə olan baş katibi Şeyx Əli Salmanı himayə məqsədi ilə etiraz aksiyasına dəvət etmək, Şeyx Salmanın mühakiməsini zalımcasına adlandırmaq və Bəhreyn rejimini zorakılıqda ittiham etmək.

Məşəl ötən cümə namazı xütbələrində Bəhreyn xalqından öz qanuni və təbii haqlarını tələb etmək üçün ayıq olmağa və möhkəm qərarlar qəbul etməyə dəvət etmişdi.

Teqlər