Yəmənin tarixi abidələrinə hücum pislənib
-
Yəmənin tarixi abidələrinə hücum pislənib
Yəmən Abidələr və Muzeylər Baş İdarəsi Ərəbistanın bu ölkənin tarixi abidələri və irsinə qarşı hücumlarının dayandırılmasını istəyib.
Yəmənin Səba xəbər agentlyinin məlumatına görə, Yəmən Abidələr və Muzeylər Baş İdarəsi bir bəyanatda Ərəbistan ilə müttəfiqlərinin Yəmənin məntəqələri, eləcə də tarixi abidələri və irsinə qarşı hücumlarının davam etməsini pisləyib.
Bu bəyanat Yəmənin Əlməhviyyət əyalətindəki tarixi Kukəban şəhərinə qarşı son hava hücumlarından irəli gələn ağır xəsarətlərə toxunaraq, bildirir ki, həmin hücumlar Kukəban şəhərinin bir çox abidəsini, o sıradan bu şəhərin qalasını tamamilə dağıdıbdır.
Bu bəyanata görə, Ərəbistanın tarixi abidə və irslərə qarşı hücumları üçün heç bir dəlil və əsas yoxdur.
Ərəbistanın başçılığı altda olan təcavüzkarlar koalisiyası Amerikanın dəstəyilə 2015-ci iln martından bəri Yəmənə qarşı geniş hücumlara başlayıbdır ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmış olsun.
Bu hücumlar nəticəsində indiyədək səkkiz min yəmənli, o sıradan qadın və uşaqlar həlak olub, on minlərlə nəfər də didərgin düşübdür.