Ədəndə avtomobil partlayışında bir neçə nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208171-Ədəndə_avtomobil_partlayışında_bir_neçə_nəfər_ölüb_və_yaralanıb
Yəmənin cənubunda, Ədən şəhərinin qərbində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir qrup sivil ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 14:42 Asia/Baku
  • Ədəndə avtomobil partlayışında bir neçə nəfər ölüb və yaralanıb
    Ədəndə avtomobil partlayışında bir neçə nəfər ölüb və yaralanıb

Yəmənin cənubunda, Ədən şəhərinin qərbində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir qrup sivil ölüb və yaralanıb.

"Əlaləm net" xəbər portalının məlumatına görə, çərşənbə günü Ədən şəhərinin qərbindəki Rəs İsa düşərgəsində bomba qoyulmuş bir avtomobilin şiddətlə partlaması nəticəsində azı on nəfər həlak olub, bir qrup insan da yaralanıbdır.

Çərşənbə axşamı günü də Ədən valisi və onun təhlükəsizlik idarəsinin müdiri Əlmənsurə məhəlləsində terrorçular tərəfindən edilən sui-qəsddən salamat qurtarmışdı.

Yəmən barədəki digər bir xəbərdə səudiyyə qırıcıları Səna vilayətindəki bir şəhərin yaşayış massivlərini hədəfə alıblar. Nəticədə on üç mülki, o sıradan bir neçə qadın və uşaq həlak olub.

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumları 2015-ci ilin martından bəri səkkiz min nəfərdən çox insanın ölməsi və minlərlə nəfərin də yaralanması ilə nəticələnib.

Ərəbistanın və müttəfiqlərinin Yəmənə qarşı on bir aylıq hücumlarının nəticəsi, milyonlarla didərgindir.