Bəhreyn vətəndaşlarının repressiyası davam edir
-
Bəhreyn vətəndaşlarının repressiyası davam edir
Ali-Xəlifə rejimi daha bir müxalifi 5 il azadlıqdan məhrum edib.
Miratul-Bəhreyn xəbər portalının verdiyi məlumata görə, Bəhreyn məhkəməsi Ali-Xəlifə rejiminin müxaliflərindən Həci Əhmədi Yəmənə qarşı müharibədə iştirak edən bəhreynli hərbçilərə hörmətsizlik ittihamı ilə 5 il həbsə məhkum edib.
Ali-Xəlifə rejimi rəsmiləri bildirirlər ki, Həci Əhməd twitter şəbəkəsində Yəmənə ezam olunan Bəhreyn hərbçilərinə qarşı təhqiramiz status yazıb.
Həci Əhməd 2015-ci ilin sentyabr ayında həbs olunub. Bəhreyn hökuməti ötən bir neçə ayda onlarla nəfər, o cümlədən əl-Vəhdəvi partiyasının baş katibi Fazil Abbası Ərəbistnaın Yəmənə hücumunu tənqid etdiyinə görə 5 il azadlıqdan məhrum etmişdi.
Bəhreyndə vətəndaşların həbsi və repressiyası Ali-Xəlifə rejiminin beynəlxalq tənqidlərlə üzləşməsinə gətirib çıxarıb. Beynəlxalq təşkilatlar Bəhreyn rejiminin dünyada insan haqlarını pozanların əsas sırasında yer aldığını bildirirlər.