Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistanın təcavüzkar qırıcıları Yəmənin paytaxtı Sənada Ətan dağı və Əlnəhdəyn məntəqəsini bombalayıblar.
Əlməsirə informasiya portalının məlumatına görə, təcavüzkar səudiyyə təyyarələri həmçinin Yəmən paytaxtının qərbindəki Bəni Həşiş şəhərini də hava hücumları hədəfinə alıblar.
Səədə vilayətində də Ərəbistanın təcavüzkar təyyarələri Əlsəfra şəhərinin Əlməhazər məntəqəsini üç dəfə bombalayıblar.
Həmçinin cümə günü gecə səudiyyə muzdurlarının Yəmənin cənubundakı Təiz vilayətindəki Əlzərbə yaşayış massivinə qarşı hücumunda iki uşaq həlak olub.
Bu hücumlar nəticəsində ötən ilin mart ayından bu yana minlərlə yəmənli, o sıradan qadın və uşaq şəhid olub, minlərlə nəfər də yaralanıbdır. On minlərlə nəfər də didərgin düşüb, infrastruktur, xidmət və müalicə təsisatlarının səksən faizi də dağılıbdır.