Ərəbistan Yəməndə qadağan olunmuş silahlardan istifadə edir
-
Ərəbistan Yəməndə qadağan olunmuş silahlardan istifadə edir
Beynəlxalq dairələrin xəbərdarlığına baxmayaraq, Ərəbistan Yəmən vətəndaşlarına qarşı qadağan olunmuş silahlardan istifadə edir.
Əl-Aləm xəbər telekanalının məlumatına görə, Səudiyyə qırıcılarının Yəmənə hücumlarında yaralanan yəmənlilərin bədən üzvlərində yaranan nöqsanlar Ali-Səud rejiminin Yəmən vətəndaşlarına qarşı qadağan olunmuş silahlardan istifadə etdiyini sübuta yetirir.
Yəmən paytaxtı Səna xəstəxanalarının yanğın hadisələri üzrə sektoru hər gün səudiyyəli qırıcıların bombardmanı nəticəsində yaralananlardan çoxunu qəbul edir. Belə ki, yaralıların üzərində qəribə nöqsanlar vardır.
Sənanın əl-Cümhuri xəstəxanasının yanğın hadisələri üzrə şöbəsinin həkimlərindən Əbdülfəttah Əhməd deyib: Bu ilk dəfədir ki, belə yanğın halları ilə üzləşir və bədəndəki yanğının nöqsanları artır və dərinləşir.
İnsan Haqları Gözətçisi Təşkilatının hesabatlarından birində Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənin yaşayış massivlərini bombalamaqda qadağan olunmuş kasset bombalarından istifadə etməsi üzrə faktların olduğunu bildirilmişdi.