Bəşşar Əsəd parlament seçkilərinin keçirilməsi fərmanını verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208831-bəşşar_Əsəd_parlament_seçkilərinin_keçirilməsi_fərmanını_verdi
Suriya prezidenti Bəşşar Əsəd parlament seçkilərinin aprelin 13-də keçirilməsi fərmanını verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2016 07:32 Asia/Baku
  • Bəşşar Əsəd parlament seçkilərinin keçirilməsi fərmanını verdi
    Bəşşar Əsəd parlament seçkilərinin keçirilməsi fərmanını verdi

Suriya prezidenti Bəşşar Əsəd parlament seçkilərinin aprelin 13-də keçirilməsi fərmanını verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd bazar ertəsi günü bir fərman verərək, parlament seçkilərinin keçirilməsi zamanını aprelin 13-ü elan edib.

Bu fərman elə bir şəraitdə verilib ki, ondan az öncə Amerika və Rusiya prezidentləri Suriyada atəşkəs üzrə razılaşmadan xəbər veriblər.

Suriya parlament seçkiləri dörd ildən bir keçirilir. Bu seçkilər sonuncu dəfə 2012-ci il mayın 7-də keçirilib.