Bəhreyndə azyaşlı uşaqların həbsi
Fev 23, 2016 18:17 Asia/Baku
Bəhreyn baş prokurorluğu bu ölkədə azyaşlı uşaqların həbs olunmasını etiraf edib.
Livanın Ələhd portalının məlumatına görə, Bəhreyn baş prokurorluğu çərşənbə axşamı günü bildirib ki, bu ölkənin məhkəmə aparatı 9 yaşından 14 yaşınadək olan uşaqları istintaq edərək, həbsə atıbdır.
Bu məlumata görə, bəhreynli uşaqlar ümumi əmlakı dağıtmaq və qiyam etmək kimi ittihamlarla üzləşirlər.
Ali-Xəlifə rejimi ötən beş ildə mindən çox uşağı həbs edibdir.
Bəhreyn 2011-ci ildən bəri xalqın Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı etiraz səhnəsidir və bəhreynli hərbçilər daim xalqı yatırtmaq, qırğın və həbs etməyi öz gündəmlərində saxlayırlar.