Yəmənin mərkəzində bir qrup səudiyyə təcavüzkarı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209101-yəmənin_mərkəzində_bir_qrup_səudiyyə_təcavüzkarı_məhv_edilib
Yəmənin mərkəzində bu ölkənin ordusu və xalq qüvvələrinin əməliyyatnda bir qrup səudiyyə təcavüzkarı məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2016 05:01 Asia/Baku
  • Yəmənin mərkəzində bir qrup səudiyyə təcavüzkarı məhv edilib
    Yəmənin mərkəzində bir qrup səudiyyə təcavüzkarı məhv edilib

Yəmənin mərkəzində bu ölkənin ordusu və xalq qüvvələrinin əməliyyatnda bir qrup səudiyyə təcavüzkarı məhv edilib.

Yəmənin rəsmi Səba xəbər agentliyinin məlumatına görə, bu ölkənin ordusu və xalq qüvvələri bir əməliyyatda səudiyyə muzdurlarının Marəb vilayətiinin qərbində yerləşən "Cəbəl Əlhəmrə" strateji məntəqələrinə və onun ətrafındakı məntəqələrə doğru irəliləyişlərinin qarşını alaraq, onlarla muzduru öldürüb və ya yaralayıblar.

Bu əməliyyatda səudiyyə rejiminin tabeliyindəki muzdur ünsürlərin başçılarından olan Əhməd Salih Əlşəlifi 12 digər muzdurla birgə ödürüblər.

Səudiyyə təcavüzkarları da yəmənli qüvvələrin uğurlarına reaksiyada Səna vilayətindəki Əlcədan və doqquzuncu məntəqələri bir neçə dəfə bombalayıblar.

Ərəbistan regionun 9 ərəb ölkəsi ilə koalisiya və ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başladı ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmış olsun.

Bu hücumlar nəticəsində indiyədək minlərlə yəmənli, o sıradan qadın və uşaq öldürülüb və ya yaralanıbdır. On minlərlə nəfər də didərgin düşüb, həmçinin bu ölkənin infrastruktur, xidmət və müalicə təsisatlarının 80 faizi dağılıbdır.