Fev 26, 2016 17:11 Asia/Baku
  • İraqın Ələnbar vilayətində onlarla terrorçu öldürülüb
    İraqın Ələnbar vilayətində onlarla terrorçu öldürülüb

İraq ordusunun bu ölkənin Ələnbar vilayətindəki əməliyyatında İŞİD ünsürlərindən onlarla nəfər öldürülüb.

Suməriyyə Nyus xəbər portalının məlumatına görə, cümə günü Ələnbarın əməliyyat komandiri İsmail Məhlavi deyib: İraqın təhlükəsizlik qüvvələri anti-İŞİD koalisiyası qırıcılarının dəstəyilə Fəllucədən 23 kilometr cənubda yerləşən Əlamiriyyə məntəqəsinin şimalındakı kəndlərdə İŞİD terrorçularının hücumunu dəf edə biliblər.

Bu əməliyyatda 41 İŞİD terrorçusu öldürülüb və terrorçulara ağır xəsarət vurulubdur.

İraq ordusunun İŞİD terrorçularını Ələnbar vilayətindən çıxarmaq üzrə hərbi əməliyyatı xalq qüvvələrinin himayəsilə davam etməkdədir və son günlərdə bu vilayətdəki bir çox şəhər və kənd terrorçulardan təmizlənibdir.

İraq barəsindəki digər bir xəbərdə deyilir ki, İraqın təhlüksəizlik qüvvələri Ələnbar vilayətində kimiyəvi silahların saxlanıldığı anbarı aşkar ediblər.

Bu kimyəvi silahlar iraqlı mülkilər və hərbçilərə qarşı terror hücumlarında istifadə edilirmiş.

Son bir neçə ayda İraqın ordusu və xalq qüvvələri bu ölkənin bir neçə şəhərini, o sıradan Ərrəmadi və Tikriti təkfirçi İŞİD terrorçularından azad edə biliblər.

Teqlər