İraqlı miqrantların 40%-i Almaniyadan geri dönür
İraqın müxtəlif məntəqələrində nisbi sakitliyin bərqərar edilməsi ilə iraqlı didərginlər evlərinə qayıtmağa başlayıblar.
İraqın Nəhreyn informasiya agentliyinin verdiyi məlumata görə, 2015-ci ildə təqribən 117 min iraqlı mühacir Almaniyaya daxil olub. Hazırda İraq ordusu və xalq qüvvələrinin müxtəlif məntəqələrdə uğurlar əldə etməsi və nisbi sakitliyin bərqərar olunması ilə, Almaniyada olan iraqlı mühacirlərin 40%-i ölkəyə qayıdıb.
Bu məlumata görə, hər həftə 500-1000 iraqlı didərgin İraqa geri dönür.
İraq hökuməti öz vətəndaşlarının ölkəyə qayıdışını asanlaşdırmaq və sürətləndirmək məqsədi ilə bu şəxslərə pulsuz pasportların çıxarılmasına başlayıb.
İŞİD terror qruplaşması 2014-cü ilin iyun ayında İraqın şimal və qərb hissələrində bəzi əraziləri işğal edib, bir çox cinayətlər törədib.