İraq ordusu Rəmadi şəhərinin ətraf məntəqələrinə doğru irəliləyir
İraq ordusu və könüllü xalq qüvvələri əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin şərq hissəsində yerləşən əraziləri terrorçuların işğalından azad etmək üçün yeni əməliyyata başlayıb.
İRNA İraqın əl-Ənbar vilayəti, Xalidiyyə şəhər şurasının sədri Əli Davuda istinadla bildirib: şənbə günü İraq ordusu Rəmadinin şərqində 160 terrorçunu məhv edib.
Ə.Davudi əlavə edib: İraq ordusu və xalq qüvvələri terrorçuların işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə məşğuldur.
İraqın Xarici İşlər Nazirliyi isə şənbə günü Türkiyə xarici işlər nazirinin İraqn şimalında yerləşən Mosul şəhəri ilə bağlı müdaxilə xarakterli sözlərini tənqid edərək, bunu İraqın daxili işlərinə aşkar müdaxilə adlandırıb.
İraqın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib: İraq Çavuşoğlunun ixtilaf yaradan sözləri ilə müxalifdir və bunu ölkələr arasında qarşılıqlı hörmət prinsipinə aşkar təcavüz hesab edir.