Ərəbistanın Yəmənə hücumları davam edir
Mart 01, 2016 06:54 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya qırıcı təyyarələrinin Yəmənə hücumları davam edir.
Əl-Məsirə telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri Ləhic vilayətinin Kərşə şəhərini bombardman ediblər.
Yəmən ordusu və xalq qüvvələri də Ərəbistan muzdlularının Coufda hücumunu zərərsizləşdirərək bir qrup muzdlunu öldürüblər.
Həmçinin onlarla ərəbistanlı muzdlu Yəmən ordusu və könüllü qüvvələrinin onların mövqelərinə hücumunda öldürülüb.
Yəmən ordusunun raket bölmələri Təiz vilayətinin qərbində Zibab şəhərinin cənubunda Ərəbistan muzdlularının mövqelərinə hücum edərək, bir qrup muzdlunu öldürüblər.
Teqlər