Ankaranın terror qruplaşmalarının dəstəkləməsi Türkiyənin iqtisadi və təhlükəsizlik ziyanları ilə nəticələnib
-
Ankaranın terror qruplaşmalarının dəstəkləməsi Türkiyənin iqtisadi və təhlükəsizlik ziyanları ilə nəticələnib
Türkiyənin Today Zaman qəzeti bir məqalədə bu ölkə hökumətinin Suriya böhranı haqda siyasətlərinə yenidən baxmasının vacibliyini vurğulayıb.
Today Zaman qəzeti bazar ertəsi günü bir məqalədə Türkiyə hökumətinin Suriyada ifratçı və terror qruplaşmaları dəstəkləməsinin ardınca bu ölkənin təhlükəsizlik və iqtisadi zərərlərinə toxunaraq yazıb: Ankara əlavə zərbələrin dəyməsinin qarşısını almaq məqsədilə Suriya qarşısındakı siyasətlərinə yenidən baxmalıdır.
Bu məqalədə bildirilir: Təkfir qruplarını dəstəklədiyinə, firqə qarşıdurmalarını qızışdırdığına, Suriya kürdləri ilə əlaqələri yanlış idarə etdiyinə, Rusiya, Amerika və Avropa Birliyi ilə əlaqələrinin korlanmasına görə, Türkiyənin beynəlxalq mövqeyinə ağır zərbələr dəymişdir.
Today Zaman qəzeti əlavə edib: Suriyada atəşkəs razılaşması Türkiyənin bu ölkəni regionun digər ölkələri ilə ciddi müharibə təhlükəsinə sala, müttəfiqlərini itirə, miqrantların və terrrorizm təhdidinin artıra biləcək siyasətlərdə dəyişiklik yaratması üçün yaxşı fürsətdir.
Türkiyənin son illərdə terror qruplaşmalarına geniş dəstəyi və regiondakı gərginlik yaradan siyasətləri davam etdirməsi dəfələrlə daxili və xarici tənqidçilərin etirazı ilə üzləşmişdir.