Ərəbistanın Yəmənə hücumları davam edir
Mart 01, 2016 15:15 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan qırıcılarının Yəmənə olan hücumları davam edir
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya bazar ertəsi günü Yəmənin cənubunda yerləşən Ləhəc vilayətinin Kərəş şəhərini bombardman ediblər.
Yəmən ordusu və xalq qüvvələri isə Ərəbistanın muzdlu hərbçilərini Yəmənin şimalında, Cəuf məntəqəsində geri oturdaraq, bir qrup təcavüzkarı öldürüblər.
Yəmən ordusunun raket bölməsi isə Zəbab məntəqəsində Ərəbistan muzdlularının mövqeyini hədəfə alıblar. Bu hücumlar zamanı bir qrup təcavüzkar məhv edilib.
Həmçinin, onlarla təcavüzkar Ərəbistan muzdlusu Məarib vilayətində ordu və xalq qüvvələrinin hücumları nəticəsində ölüb.
Teqlər