Fevral ayında 616 fələstinli həbs olunub
Mart 02, 2016 12:44 Asia/Baku
Sionist hərbçilər fevral ayında Qəzzə və İordan çayının qərb sahili sakini olan 616 fələstinlini həbs ediblər.
Əxbar Fələstin internet portalının məlumatına görə, Fələstinin üç insan haqları qurumu müştərək hesabat verərək bildiriblər ki, bu əsirlərdən 140 nəfəri uşaq və 18 nəfəri qadın və qızdır.
Fələstin Əsirlər Klubu, Vicdan Müəssisəsi və Fələstin Əsirlər və Azadələrin məsələləri üzrə heyət öz bəyanatında bildiriblər: Qüds İntifazəsi adlı yeni xalq hərəkatının əvvəlindən indiyə qədər 4 min 120-dən çox fələstinli həbs olunub.
Bu məlumata görə, hazırda sionist rejim həbsxanalarında fələstinli əsir uşaqların sayı təxminən 400 və xəstə əsirlərin sayı isə 700 nəfərə çatıb.