Suriya kürdləri terrorçularla toqquşublar
-
Suriya kürdləri terrorçularla toqquşublar
Cümə axşamı günü Suriyanın şimal-şərqində Həsəkə vilayətində Suriya kürd qüvvələri ilə İŞİD terrorçuları arasındakı toqquşmada terrorçular ağır xəsarət və tələfat veriblər.
Əl-Məyadin telekanalı bildirib: Suriyanın Həsəkə vilayətinin Cəbəl Əbdüləziz məntəqəsində baş verən ağır toqquşmada kürd qüvvələri İŞİD terrorçuna ağır zərbələr endirib, onlarla terrorçunu öldürüb, yaralayıb və onların təchizatına ağır zərbələr endiriblər. Bu toqquşmadan sonra onlarla kilometr ərazi suriyalı kürd qüvvələrin nəzarətinə keçib.
Əl-Aləm telekanalı da bildirib ki, Suriyanın Deyruz-Zur şəhərinin yaxınlığında əl-Həviqə məntəqəsində İŞİD terrorçuları ilə toqquşmada Suriya ordusu bir qrup terrorçunu öldürüb və yaralayıb.
Bu arada BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura deyib: Etiraf etmək lazımdır ki, Suriyanın bəzi bölgələri, o cümlədən Həma, Homs, Laziqiyyə və Dəməşqdə istənilən atəşkəs və yaxud qarşıdurmanın davam etməsinə görə, vəziyyət çox da ürək açan deyildir.
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi ötən ay ilk dövrü təxirə salıan Suriya sülh müzakirələrinə toxunaraq Suriya hökuməti və müxalif qruplar arasında 9 martdan müzakirələrin yenidən başlanmasına çalışdığını bildirib.