Bəhreyn daxili işlər naziri Əhli-Beyt (ə) davamçılarına hörmətsizlik edib
-
Bəhreyn daxili işlər naziri Əhli-Beyt (ə) davamçılarına hörmətsizlik edib
Bəhreyn daxili işlər naziri bu ölkə əhalisinin əksəriyyətini təşkil edən Əhli-Beyt (ə) davamçılarına bir daha hörmətsizlik edib.
Miratul-Bəhreyn saytının məlumatına görə, Bəhreyn daxili işlər naziri Radiş Bin Abdulla Ali-Xəlifə Tunisdə Ərəb Ölkələrinin daxili işlər nazirlərinin iclasında şiələrə qarşı təhqiramiz açıqlamasında deyib: Bu cəmiyyəti istənilən məzhəbi bidət inancından qoruyacağıq.
Qeyd edək ki, səudiyyəli sələfilər şiəliyi bidət adlandırırlar.
Səudiyyəli işğalçı qüvvələrin Bəhreyn xalq qiyamını yatırmaq üçün bu ölkəyə daxil olduğu zamandan, Ali-Xəlifə rejimi Əhli-Beyt (ə) davamçıları ilə davranmada səudiyyəli hakimlərin metodunu, eləcə də onlara güclü dini məhdudiyyətlər tətbiq edir. Həmçinin şiələrin 40 məscid və hüseyniyyəsini dağıtmışdır.
Bəhreyn 2011-ci il 14 fevaldan Ali-Xəlifəyə qarşı xalq inqilabının şahididir. Və vətəndaşlar azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini tələb edirlər.
BMT-nin mədəni hüquq, yoxsulluq, insan haqları və din azadlığı üzrə xüsusi məruzəçiləri öz hesabatlarında bildiriblər ki, 2011-ci ildən indiyə qədər Bəhreyndə şiə vətəndaşlara qarşı davamlı ayrı-seçkilik nümunələri barəsində məlumatlar alıblar.
Bu ayrı-seçkilik bəhreynli şiələrin insan haqları, dini azadlığı və mədəni hüquqlarının pozulmasına səbəb olmuşdur.