Türkiyənin cənub-şərqində bomba partlayışı
Mart 04, 2016 09:34 Asia/Baku
-
Türkiyənin cənub-şərqində bomba partlayışı
Türkiyənin cənub-şərqində bomba quraşdırılmış avtomobilin partladılması və raket hücumu ən azı 2 polisin ölməsi və 35 nəfərin yaralanması ilə nəticələnib.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, bu partlayış və raket hücumu ötən gecə Türkiyənin Suriya ilə sərhəd yaxınlığında Mardin vilayətinin Nəsibin şəhərində baş verib.
İndiyə qədər bu hücumlar barədə əlavə məlumat verilməyib.
Türkiyənin şərq və cənub-şərq kürdsakinli bölgələri təxminən 7 aydır ki, Türkiyə dövlət qüvvələri ilə PKK üzvləri arasında qanlı toqquşmaların şahididir.
Bu müddətdə qarşıdurmalara görə, qeyd olunan bölgələrin təxminən 250 min sakini öz evini və yaşadığı ərazini tərk etmiş və bu bölgələrdə məktəblilər təhsili itirmişlər.
Teqlər