Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209917-Ərəbistanın_yəmənin_müxtəlif_bölgələrinə_hücumları_davam_edir
Ali-Səud qırıcılarının Yəmənə hücumları nəticəsində onlarla sivil həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 09:57 Asia/Baku
  • Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
    Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir

Ali-Səud qırıcılarının Yəmənə hücumları nəticəsində onlarla sivil həlak olub.

Əl-Əhd xəbər portalının məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələrinin Təiz və Sədə vilayətlərinə hücumlarında 5 nəfər həlak olub, 20-dən çox yəmənli yaralanıb. Bu hücumlarda onlarla ev və əkin sahəsi tamamilə dağılıb.

Bu hücumlara reaksiyada Yəmən ordusu və xalq qüvvələri ballistik raketlə əl-Couf vilayətində səudiyyəli təcavüzkarların mövqelərini dağıdıblar. Hələlik bu raket hücumunun tələfatı və xəsarəti barəsində məlumat yayılmayıb.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin 2015-ci il mart ayından təcavüzkar hücumlara başladığı zamandan, artıq bu neçənci dəfədir ki, yəmənli qüvvələr səudiyyəli düşmənə qarşı belə raketlərdən istifadə edirlər. Ərəbistan ötən bir il ərzində Yəmənə hücum edərək 8 mindən çox yəmənlini qətlə yetirmiş, 16 min nəfəri də yaralamışdır.

Ali-Səud Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq niyyətindədir.