Bəhreynli qadınlar bir araya gəldilər
-
Bəhreynli qadınlar bir araya gəldilər
Bəhreynli qadınlar siyasi məhbuslarla həmrəyliyi elan etmək məqsədilə onuncu gün davamlı olaraq etiraz toplantısında iştirak ediblər.
Əl-Aləm telekanalı xəbər portalının məlumatına görə, Bəhreynin azadə qadınları cümə günü Manamanın cənubunda Məamir şəhərciyində aclıq aksiyası keçirən siyasi məhbuslarla həmrəyliyi elan etmək üçün bir araya gələrək Ali-Xəlifə rejiminin muzdluları tərəfindən siyasi məhbusların fiziki və ruhi işgəncə edilməsini pisləyiblər.
Bəhreyndən əldə olunan digər məlumata görə, 14 Fevral İnqilab Gəncləri Koalisiyasının üzvləri Ali-Xəlifə rejimi həbsxanalarından azad olunan siyasi məhbusların müqavimətini əzizləmək məqsədilə bu məhbuslara azadlıq nişanı hədiyyə ediblər.
14 Fevral İnqilab Gəncləri Koalisiyasının üzvləri həmçinin Ali-Xəlifə rejiminin həbsxanalarında əsir qadın və kişilərin hamısının azad olunmasını vurğulayıblar.