Ərəbistanın Yəmənə təcavüzləri davam edir
-
Ərəbistanın Yəmənə təcavüzləri davam edir
Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarını davam etdirirlər.
Rusiya əl-Yəum bildirir ki, Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasının qırıcıları Yəmənin cənub-qərbində, Təiz və İb vilayətlərində müxtəlif məntəqələri bombardman ediblər.
Bu arada Yəmən ordusu və Ənsarullah xalq hərəkatına bağlı qüvvələr ilə istefada olan fərari prezident Mənsur Hadinin tərəfdarları arasında toqquşma baş verib. Hər iki tərəf 20-dən çox tələfat verib.
Bir qrup Ərəbistan muzdlusu da Yəmənin Həccə vilayətində yerləşən Midi səhrasının şimalında Yəmən ordusu və xalq qüvvələrinin əməliyyatı zamanı öldürülüb.
Yəməndən daxil olan bir başqa məlumata görə də Səna vilayətində yerləşən Bəni Mətr şəhərində qadın cəmiyyətləri Livan Hizbullahını himayə məqsədi ilə piket keçirib, Ərəbistanın Yəmənə olan təcavüzlərinə qarşı tutduğu mövqeyə görə, Hizbullahı alqışlayıblar.