Nəqəb zindanında saxlanılan fələstinli əsirlərin durumu ağırdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i210121-nəqəb_zindanında_saxlanılan_fələstinli_əsirlərin_durumu_ağırdır
Fələstinli əsirlərin ailələri Nəqəb səhrasında yerləşən Rimun zindanında saxlanılan fələstinli əsirlərin vəziyyətinin xeyli ağır olması barədə xəbərdarlıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2016 11:21 Asia/Baku
  • Nəqəb zindanında saxlanılan fələstinli əsirlərin durumu ağırdır
    Nəqəb zindanında saxlanılan fələstinli əsirlərin durumu ağırdır

Fələstinli əsirlərin ailələri Nəqəb səhrasında yerləşən Rimun zindanında saxlanılan fələstinli əsirlərin vəziyyətinin xeyli ağır olması barədə xəbərdarlıq ediblər.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, fələstinli əsirlərin ailələri Rimun zindanında səhiyyə və sanitariya durumunun qorxunc olduğunu bildirib, insan haqları təşkilatlarından bu zindanda saxlanılan fələstinli əsirləri xilas etmələrini istəyiblər.

Bu məlumata görə, Nəqəb səhrasında yerləşən Rimun zindanında saxlanılan bəzi fələstinli əsirlər xərçəng xəstəliyinə yoluxublar. Ömürlük həbsə məhkum edilmiş bu əsirlər ciddi həkim nəzarəti altında saxlanılmalıdırlar.

Rimun zindanında çoxlu sayda fələstinli saxlanılır. Hazırda İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin sayının 7000 nəfərə çatdığı bildirilir.