Mart 06, 2016 18:15 Asia/Baku
  • İŞİD İraqdakı bugünkü qanlı aktın məsuliyyətini üzərinə götürüb
    İŞİD İraqdakı bugünkü qanlı aktın məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşması Babil vilayətində bu gün törədilən qanlı partlayışın məsuliyyətini üzərinə götürüb.

Livanın əl-Məyadin telekanalının məlumatına görə, bazar günü İraqın Babil vilayətinin Hillə şəhərində dəhşətli partlayış nəticəsində 35 nəfər həlak olub, təxminən 65 nəfər də yaralanıb.

Babil Valilik Şurasında təhlükəsizlik komissiyasının sədri Fəllah əl-Razi bu barədə deyib: Kamikadze sürücü bomba quraşdırılmış yük maşınını Hillə şəhərinin əl-Əsar məntəqəsində partladıb. Bu yük maşınında 500 kiloqram partlayıcı maddə olub.

Babil vilayətindəki partlayışda həlak olanların və yaralananların sayı ən azı 100 nəfər elan olunub.

Babil vilayəti İraqın tarixi vilayətlərindən biridir və son illər ərzində nisbi stabillik və sabitliyə malik olmuşdur.

Teqlər