Holland Türkiyə vətəndaşlarının "Şengen" məntəqəsinə vizasız girişi üçün 72 şərt təyin etdi
-
Holland Türkiyə vətəndaşlarının "Şengen" məntəqəsinə vizasız girişi üçün 72 şərt təyin etdi
Fransa prezidenti Fransua Holland deyib: Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi məsələsi iyun ayında icra edilə bilər. Bunun üçün Türkiyənin Avropa tərəfindən təyin edilmiş 72 şərtə əməl etməsi lazımdır.
Holland Türkiyə vətəndaşlarının azad şəkildə Şengen məntəqəsinə səfər etmələri barədə Avropa və Türkiyə rəsmiləri arasında aparılan danışıqların ardınca bu gün səhər bir mətbuat konfransında deyib: Brüssel 2018-ci ilin sonunda Türkiyə üçün başqa bir maliyyə yardımı nəzərdə tuta bilər. Əlbəttə, Ankara mühacirlərin geri qaytarılması üçün əlavə tədbirlər görməyi qəbul edərsə.
Türkiyə baş naziri Əhməd Davudoğlu da bazar ertəsi günü Türkiyədən Avropaya gedən mühacirlərin geri qaytarılması planı barədə deyib: Bu yalnız Avropadan maliyyə yardımının alınması, Türkiyə vətəndaşlarının vizasız Şengen məntəqəsinə səfər etməsi və Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsi müzakirələrinin sürətləndirilməsi yolu mümkün ola bilər.