Yəmənli-yəmənli danışıqlar Yəmən böhranının yeganə yolu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i210460-yəmənli_yəmənli_danışıqlar_yəmən_böhranının_yeganə_yolu
Yəmən Ənsarullah Xalq Hərəkatının sözçüsü deyib: Yəməndə qarşıdurmalar son qoymaq yalnız siyasi danışıqlarla mümkündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2016 16:35 Asia/Baku
  • Yəmənli-yəmənli danışıqlar Yəmən böhranının yeganə yolu
    Yəmənli-yəmənli danışıqlar Yəmən böhranının yeganə yolu

Yəmən Ənsarullah Xalq Hərəkatının sözçüsü deyib: Yəməndə qarşıdurmalar son qoymaq yalnız siyasi danışıqlarla mümkündür.

Yəmən Ənsarullah Xalq Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam Facebook səhifəsində yazıb: Yəmənin xilası üçün müxtəlif yəmənli qruplar arasında müzakirələrdən başqa yol yoxdur və bütün kütlələr bu yolda çalışmalıdırlar.

Yəmənin cənubundakı qarşıdurmaların genişlənməsinə diqqət çəkən Əbdüssalam əlavə edib: Ali-Səud muzdlularının köməyi ilə əl-Qaidə və İŞİD kimi terror qruplaşmaları Yəmənin cənub vilayətlərində at oynadırlar və bölgəyə qorxu hakim kəsilib.

Yəmən Ənsarullah Xalq Hərəkatının sözçüsü istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadiyə xitabən deyib: Özünü Yəmən hökuməti adlandıran şəxs cənub bölgələrdə təhlükəsizliyi bərqərar edə bilməz.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə hücumu və bu ölkənin cənubunda bəzi bölgələrə nəzarət etməsindən sonra Ədən və Şibvə vilayətlərində terror qruplaşmalarının fəaliyyəti artmışdır.