Mart 09, 2016 10:58 Asia/Baku
  • BMT Yəməndə çoxlu sayda insanın öz yaşayış yerindən dədirgin düşməsindən nigaranlıq edib
    BMT Yəməndə çoxlu sayda insanın öz yaşayış yerindən dədirgin düşməsindən nigaranlıq edib

BMT-nin didərginlər və məcburi köçkünlər üzrə ali komissarlığı çərşənbə axşamı bildirib ki, 2430173 nəfər Yəməndə gedən savaş üzündən öz evlərini tərk etməyə məcbur olub.

Çin xəbər agentliyinin Cenevrədən verdiyi məlumata görə, BMT-nin ali komissarı bu barədə deyib: Yəmənin daxilində öz yaşayış yerindən didərgin düşənlərin sayı nigaranlıq doğuracaq həddə çatıb. Halbuki, ölkədə cərəyan edən böhranın siyasi yolla həll edilməsi üçün də heç bir ümid yoxdur.

BMT rəsmilərinin bildirdiklərinə görə, Yəmənin Təiz, Həccə, Səna, İmran və Sədə kimi gərgin bölgələrində vəziyyət daha da ağırdır.

Bu məlumata görə, yəmənlilər bir çox vaxt özləri ilə heç bir şey götürmədən, yaşayış yerlərini tərk etməyə məcbur olurlar. Onlar əsasən məktəblər, tərk edilmiş dövlət binaları və müvəqqəti sığınacaqlarda qalmağa məcbur olurlar.

Teqlər