Türkiyə təhlükəsizlik qüvvələri və qaçqınlar ilə xoşagəlməz rəftar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i210991-türkiyə_təhlükəsizlik_qüvvələri_və_qaçqınlar_ilə_xoşagəlməz_rəftar
Türkiyənin sahil qvardiyasının qaçqınlara qarşı dəyənəklə hücum etməsi barədə video görüntülər yayımlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2016 14:52 Asia/Baku
  • 
Türkiyə təhlükəsizlik qüvvələri və qaçqınlar ilə xoşagəlməz rəftar
    Türkiyə təhlükəsizlik qüvvələri və qaçqınlar ilə xoşagəlməz rəftar

Türkiyənin sahil qvardiyasının qaçqınlara qarşı dəyənəklə hücum etməsi barədə video görüntülər yayımlanıb.

PressTV-nin məlumatına görə, Türkiyənin təhlükəsizlik qüvvələrinin qaçqınlar ilə xoşagəlməz rəftarları barədə video görüntülər yayımlanıb.

Türkiyənin sahil sularında qaçqınlara qarşı xoşagəlməz rəftarla bağlı video görüntülər yayımlanıb.

Bu video görüntülərdən aydın olur ki, Türkiyənin sahil qvardiyası qanunsuz olaraq dəniz yolu ilə Yunanıstana keçmək istəyən qaçqınlara qarşı dəyənəklərdən istifadə edir.

Qaçqınlar bildirirlər ki, sahil qvardiyası onlara qarşı dəyənəkdən istifadə edirlər. Türkiyənin sahil qvardiyası rəsmiləri isə bunu təkzib edərək, dəyənəkdən boğulmaqda olan qaçqınları xilas etmək üçün istifadə etdiklərini və qaçqınlara heç bir zərər və ziyanın yetirilmədiyini bildiriblər.

2016-cı ilin əvvəlindən indiyə kimi təqribən 150 000 mühacir qanunsuz olaraq dəniz yolu ilə Türkiyədən Yunanıstana gedib.