"Yəmənə qayıdış" sənədli filmi Yəmən müharibəsi ilə bağlı həqiqətləri ifşa edir
-
"Yəmənə qayıdış" sənədli filmi Yəmən müharibəsi ilə bağlı həqiqətləri ifşa edir
ABŞ-da bir özəl telekanal 15 hissədən ibarət bir sənədli film hazırlayaraq, Ərəbistanın Amerika silahları ilə Yəməni necə bir cəhənnəmə çevirdiyini təsvirə çəkib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, HBO telekanalı "Yəmənə qayıdış" adlı sənədli filmdə ilk dəfə olaraq Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumları ilə bağlı həqiqətləri ifşa edib.
Bu sənədli filmdə Ərəbistanın Amerika və regiondakı müttəfiqlərinin dəstəyi ilə Yəmənin Husilərin nəzarəti altında olan məntəqələrinə qarşı hücumları öz əksini tapır. Bu hücumlar zamanı sivillər və yaşayış məntəqələrinin necə hədəfə alındığı göstərilir.
Beynəlxalq İnsan Haqlarına Nəzarət Təşkilatının mütəxəssisi Belkis Ville öz xatirələrində ABŞ xalqına xitabən yazır: "Şübhəsiz sizin bilmədiyiniz odur ki, Amerika Birləşmiş Ştatları Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasına birbaşa olaraq hərbi dəstək verir. Elə buna görə də, Yəməndə cərəyan edən müharibənin iştirakçılarından biri sayılır. Halbuki, üzərinə bir çox beynəlxalq öhdəliklər götürüb. Bilmədiyiniz digər məsələ isə, Yəmənə edilən qanunsuz hava hücumları zamanı Amerika istehsalı olan silahlardan istifadənin edilməsidir. Konqresin statistik məlumatına görə, ABŞ şirkətləri 2015-ci ilin may-sentyabr aylarında Ərəbistana 7,8 milyard dollar dəyərində silah satıblar. Aydın məsələdir ki, bu silahlar Yəmən xalqına qarşı istifadə edilir.