Ərəbistanın Yəməndə bir bazara qarşı hücumunda onlarla nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i211246-Ərəbistanın_yəməndə_bir_bazara_qarşı_hücumunda_onlarla_nəfər_ölüb_və_yaralanıb
Ərəbistan qırıcılarının Yəməndə bir bazara qarşı hücumunda 130 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2016 16:53 Asia/Baku
  • Ərəbistanın Yəməndə bir bazara qarşı hücumunda onlarla nəfər ölüb və yaralanıb
    Ərəbistanın Yəməndə bir bazara qarşı hücumunda onlarla nəfər ölüb və yaralanıb

Ərəbistan qırıcılarının Yəməndə bir bazara qarşı hücumunda 130 nəfər ölüb və yaralanıb.

Yəmənin Əlməsirə informasiya kanalı bildirib ki, Ərəbistan qırıcılarının Yəmənin Həccə vilayətindəki Xəmis bazarına qarşı hücumu nəticəsində altmış nəfər ölüb və təqribən yetmiş nəfər yaralanıbdır.

Həlak olanların əksəriyyəti qadın və uşaqlardır. Yaralıların vəziyyəti də ağır elan olunubdur.

Həccə vilayətindəki Yəmən rəsmiləri fövqəladə vəziyyət elan edib və Yəmən Səhiyyə Nazirliyindən yaralılar üçün təcili yardım istəyiblər.

Yəmən təqribən bir ildir ki, Ərəbistanın və onun müttəfiqlərinin təcavüzünə məruz qalır. Ali-Səud çalışır ki, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarsın.

Ərəbistanın Yəmənə qarşı bir illik hücumlarında indiyədək minlərlə yəmənli ölüb və yaralanıb.