Dünyanın 100-dən çox altruizm təşkilatı Suriya barədə müştərək bəyanat verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i211402-dünyanın_100_dən_çox_altruizm_təşkilatı_suriya_barədə_müştərək_bəyanat_verdi
Dünyanın altruizm təşkilatları Rusiya qüvvələrinin Suriyadan çıxmaları ilə yanaşı müxtəlif dairələrin müharibədən əziyyət çəkən bu ölkənin bütün bölgələrinə qeyd-şərtsiz getmələrinin mümkünlüyünü istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2016 07:56 Asia/Baku
  • Dünyanın 100-dən çox altruizm təşkilatı Suriya barədə müştərək bəyanat verdi
    Dünyanın 100-dən çox altruizm təşkilatı Suriya barədə müştərək bəyanat verdi

Dünyanın altruizm təşkilatları Rusiya qüvvələrinin Suriyadan çıxmaları ilə yanaşı müxtəlif dairələrin müharibədən əziyyət çəkən bu ölkənin bütün bölgələrinə qeyd-şərtsiz getmələrinin mümkünlüyünü istəyiblər.

Röytersin məlumatına görə, 102 altruizm təşkilat Suriya müharibəsinin 5-ci illiyi ilə əlaqədar imzaladıqları müştərək bəyanatda bütün yollar vasitəsi ilə Suriyanın ehtiyaclılarına humanitar yardımların çatdırılması üçün şəraitin yaradılmasını istəyiblər.

BMT-nin Uşaq Fondu YUNİSEF, Oxfam və digər təşkilatlar tərəfindən imzalanan bəyanatda düşmənçiliyin kənara qoyulmasını nəzərə alaraq Suriyada inkişafın stimulverici nişanələri nəzərdə tutulub və bildirilib: Düşmənçiliyin kənara qoyulması altruizm təşkilatlara ərzaq maddələri və digər yardımları sürətlə ehtiyaclı olanlara çatdırmaq icazəsini verir.

Bu təşkilatlar bildiriblər: Bütün humanitar yardımlar, o cümlədən tibbi yardımlar, tibbi kadr və xilasedicilərin bütün vasitələrlə ehtiyaclı sivillərlə görüşməsinə şərait yaradılmalıdır. Həmçinin xəstəlik qarşısında uşaqların toxunulmazlığı üçün milli mübarizəyə ehtiyac vardır.

World Vision İnternational Humanitar Təşkilatın rəhbəri Kevin Conkins deyib: Suriyada 13,5 milyon nəfər, o cümlədən 6 milyon uşaq köməyə ehtiyaclıdır.