Yəmənin İnsan Haqları Nazirliyi Həccə faciəsi barədə bəyanat verib
-
Yəmənin İnsan Haqları Nazirliyi Həccə faciəsi barədə bəyanat verib
Yəmənin İnsan Haqları Nazirliyi Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə qarşı cinayətlərinin davam etməsi qarşılığında sükuta görə, beynəlxalq dairələri bu koalisiyanın Yəməndəki cinayətlərinin əsas məsulu adlandırıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Yəmənin İnsan Haqları Nazirliyi bir bəyanatda bildirib: BMT, İnsan Haqları Şurası və beynəlxalq təşkilatlar Ərəbistanın Yəmənə təcavüzü barədə faktaraşdırıcı beynəlxalq komitələrin təşkilinin sürətləndirilməsi və qanuni addımların atılmamasına görə, təcavüzkar koalisiyanın cinayətləri, xüsusilə də Həccə vilayətindəki cinayətin əsas səbəbkarıdır.
Yəmənin İnsan Haqları Nazirliyi Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Həccə vilayətinin əl-Xəmis bazarında sivilləri hədəfə almasını pisləyərək bildirib: Ərəbistanın Həccədəki cinayəti təcavüzkar koalisiyanın heç bir səmavi dinlərin prinsipləri, beynəlxalq qanun və qaydalara hörmətlə yanaşmadığını göstərir.
Yəmənin İnsan Haqları Nazirliyinin bəyanatında BMT, İnsan Haqları Şurası, beynəlxalq təşkilatlar və insan haqları sahəsində fəal heyətlərdən Yəmənə vəhşicəsinə olan təcavüzün dayandırılması və faktaraşdırıcı komitələrin təşkili prosesinin sürətləndirilməsi üzrə öz qanuni məsuliyyətləri üzərlərinə götürmələri istənilib. Belə ki, dünyanın ümumi fikri üçün quru, hava və dənizdən mühasirəyə alınan bir xalqa qarşı cinayətlərin bütün cəhətləri müəyyənləşsin.
Çərşənbə axşamı Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələrinin Həccə vilayətinin Xəmis bazarına hücumunda 107 nəfər həlak olub, 90 nəfər də yaralanıb. Onların əksəriyyəti qadın və uşaqlardır .