Mart 17, 2016 12:42 Asia/Baku
  • Fələstin Haaqa Məhkəməsinin tam hüquqlu üzvü oldu
    Fələstin Haaqa Məhkəməsinin tam hüquqlu üzvü oldu

Fələstin 57 lehinə və 24 əleyhinə səslə Haaqa Məhkəməsinə tam üzv olub.

Fələstin əl-Youmun məlumatına görə, Fələstin bir ay öncə Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Məhkəməsinə üzv olmaq üçün ərizə təqdim etmişdi. Bu ərizə ABŞ-ın sərt etirazı ilə üzləşdi. Buna görə Fələstinin üzvlüyü təxirə salındı. Belə ki, xüsusi komitə bu məsələni araşdıraraq qərar verməli idi.

Bu məlumata görə, Amerika Fələstinin Haaqa Məhkəməsində üzvlüyünə mane olmaq üzrə öz məqsədini əldə etməkdə nakam qaldı və sonda Fələstin bir çox ölkənin lehinə səs verməsi ilə Haaqa Məhkəməsinə tam üzv olub.

Fələstin Özünüidarə hökuməti sionist rejim və ABŞ-ın etirazına baxmayaraq, bu ilin əvvəllərində Haaqa Məhkəməsinə qoşulmuşdu.

Fələstinin Haaqa Məhkəməsində üzvlüyü ilə bu ölkə rəsmiləri sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı müharibələrdə törətdiyi cinayətlər üzrə layihələrin araşdırılması üçün addım ata bilərlər.

Haaqa məhkəməsinə üzv olmayan İsrail rejimi fələstinlilərə qarşı təcavüzləri barəsində araşdırmanın aparılması üzrə bu məhkəmə ilə əməkdaşlıq etməkdən çəkinir.

Teqlər