Mart 19, 2016 14:01 Asia/Baku
  • İstanbulda partlayış
    İstanbulda partlayış

İstanbulun İstiqlal cadəsində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, altı nəfər də yaralanıbdır.

Anadolu xəbər agentliyinin məlumatına görə, şənbə günü İstanbulun İstiqlal cadəsində baş verən partlayışdan sonra yanğınsöndürmə qüvvələri, təcili yardım və polis maşınları hadisə yerinə gəliblər.

Bu məlumata görə, hazırda qonşu küçələrdə və Taksım meydanında gediş-gəliş qadağan edilibdir.

Taksım meydanı İstiqlal cadəsinin yaxınlığında yerləşir və xarici müsafirlər üçün turizm məkanı sayılır. Həmin məntəqədə bir neçə xarici ölkə konsulluğu da yerləşir.

Onu da qeyd edək ki, novruz bayramı ərəfəsində Ankara və İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilibdir.

Teqlər