Ərəbistanın Yəməndəki cinayətləri pislənib
-
Ərəbistanın Yəməndəki cinayətləri pislənib
Xəbərlər Ərəbistanın Yəmən xalqına qarşı cinayətlərinin davam etməsindən söz açır.
Ali-Səud rejiminin qırıcıları şənbə günü səhər tezdən Yəmənin paytaxtı Sənanın cənubundan geniş məntəqələri bombalayıblar; nəticədə azı beş yəmənli həlak olub.
Ərəbistanın təcavüzkar qırıcıları həmçinin Əlsəbəyn məntəqəsində prezident sarayının ətrafını və Cəbəl Əlnəhdəyn hərbi bazasını hədəfə alıblar.
Həccə və Təiz vilayətləri də Ərəbistan təyyarələrinin hücumlarına məruz qalıblar. Ərəbistan bir neçə ərəb ölkəsilə yanaşı, 2015-ci ilin martından Yəmənin müxtəlif məntəqələrinə hücum edərək, minlərlə yəmənlini öldürüb və yaralayıbdır.
Yəmən infrastrukturlarının səksən faizi də Ərəbistanın hücumları nəticəsində tam şəkildə dağılıbdır və xalq səhiyyə, dərman və qida maddələri çatışmazlığından əziyyət çəkir.
Yəmən xalqından on minlərlə nəfər cümə günü Səna şəhərində geniş aksiya keçirib. Aksiyaçılar Ali-Səud rejiminə və Amerikaya qarşı şüarlar səsləndirərək, səudiyyə rejimi qırıcılarının Həccədəki Əlxəməsəyn bazarına qarşı son hücumunu pisləyib və Ərəbistanın Yəmənə qarşı vəhşicəsinə hücumlarının tez bir zamanda dayandırılmasını istəyiblər.
Yəmən xalqı həmçinin BMT və dünya ictimaiyyətinin Ali-Səudun cinayətləri qarşısında zəiflik göstərmələrini pisləyibdir.
Səudiyyə rejimi qırıcılarının Həccə vilayətindəki bazara qarşı son hücumunda 119 nəfər şəhid olub, onlarla nəfər də yaralanıbdır.
BMT-nin insan haqları üzrə baş komissarı Zəyd Rəəd Əlhusəynin sözlərinə görə, Ərəbistan qırıcıları Yəmən əleyhinə hücumlarda məktəblər, xəstəxanalar və digər müalicə mərkəzlərini hədəfə alırlar.
BMT-nin insan haqları üzrə baş komissarı əlavə edib: Səudiyyəlilərin mülki məntəqələrə qarşı hücumlarında azı 3218 nəfər öldürülübdür.
Yəmənin Ənsarullah Təşkilatının Siyasi Bürosunun üzvü Əli Əbdulməcidin dediyinə görə, bu ölkənin məhkəmə aparatının ixtiyarında elə sənədlər vardır ki, Yəmənin istefa vermiş prezidentinin bu ölkədə terror qruplarının təşkili və müharibənin istiqamətləndirilməsində əlinin olduğunu sübut edir.
Ali-Səud rejimi keçən bir ildə Yəmənə hərbi hücum edərək, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq istəyir.