İstanbul partlayışında 5 nəfər ölüb, 36 nəfər də yaralanıb
Mart 19, 2016 13:29 Asia/Baku
-
İstanbul partlayışında 5 nəfər ölüb, 36 nəfər də yaralanıb
Terror partlayışı İstanbulun İstiqlal cadəsini titrədib və indiyədək 5 nəfər ölüb, 36 nəfər də yaralanıbdır.
İstanbulun Taksım meydanı yaxınlığındakı izdihamlı İstiqlal cadəsində intihar partlayışı nəticəsində indiyədək 5 nəfər ölüb, 36 nəfər də yaralanıb.
Türkiyənin MTV kanalı da bildirib ki, yaralıların arasında bir neçə iranlı da var.
Türkiyənin səhiyyə nazirinin sözlərinə görə, bu yaralılardan yeddi nəfərin vəziyyəti olduqca ağırdır və yaralılardan on iki nəfəri də digər ölkələrin vətəndaşlarıdır. Beş yaralı da sionist rejimdəndir.
Bir türkiyəli rəsmi də Röyters-ə deyibdir ki, PKK və ya onun tabeliyində olan qruplar bu partlayışın amilidirlər.
Polis qüvvələri partlayış məkanına çıxan yolları bağlayıblar.
Teqlər