Mart 28, 2016 10:08 Asia/Baku
  • Səlahəddin Dəmirtaş
    Səlahəddin Dəmirtaş

Xalqların Demokratik Partiyası(Halkları Demokratik Partiyası-HDP) sədri Türkiyə hökumətini Cizrə şəhərində "müharibə cinayəti" törətməkdə ittiham edərək, buna görə hakim Ədalət və İnkişaf Partiyasının(Adalet və Kalkınma Partiyası-AKP) məsuliyyət daşıdığını bildirib.

Kürd Press xəbər agentliyinin verdiyi məlumata görə, Səlahəddin Dəmirtaş bazar günü Şırnak əyalətində yerləşən Cizrə şəhərinə səfəri zamanı, şəhərdə qorxu və dəhşət siyasətinin icraya qoyulduğunu iddia edərək, təhlükəsizlik tədbirlərinin həddən artıq çox olmasından şikayətlənib.

Dəmirtaş terrorizm ilə mübarizənin hər bir hökumətin qanuni və təbii haqqı olduğunu etiraf etsə də, Cizrədə baş verənlərin "müharibə cinayəti" olduğunu iddia edib.

Dəmirtaş daha sonra Cizrədə terrorçulara qarşı əməliyyatlar zamanı bəzi binaların dağılmasına işarə edərək, xalqın Cizrədə baş verənlərdən xəbərsiz olduğunu iddia edib.

Teqlər